Ru
20:39 / 28 Noyabr 2019

İmişlidə ağır qəza: Ölən var, VİDEO

İmişlidə ağır qəza:  Ölən var, VİDEO
Eye

İmişli rayonunda yol qəzası baş verib.

BakuPost
"Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi "Renault Megane" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar