Tanınmış influenser Fidan Zeyn iş xanımı kimi tanınan “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatması barədə danışıb.
Bakupost.az xəbər verir ki, bloger OLAY-a açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub:
“Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.
Qeyd edək ki, işlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Azerina kimi tanınan Əfsanə Qasımlı da K.Həmzəyevadan
şikayətçidir.