Dünya əhalisinin təxminən 90%-i sağ əllidir. Bu, uzun müddət elmi sirr sayılırdı.
Bakupost.az “New York Post”a istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri bununla bağlı yeni araşdırma aparıblar.
Nəticələr maraqlı faktları üzə çıxarıb.
Araşdırmaya görə, sağ əllilik beyin inkişafı ilə bağlıdır.
Həmçinin iki ayaqlılığın başlanğıcı ilə əlaqəlidir. Alimlər bildirir ki, bu xüsusiyyət çox qədim dövrlərə gedib çıxır. Digər primatlarda isə belə fərq azdır. Tədqiqatda diqqət çəkən başqa məqam da var. Əl seçimi ana bətnində başlayır. Bu proses yeniyetməlik dövrünə qədər davam edir.
Mütəxəssislər ətraf mühitin rolunu da vurğulayır.
Uşaqlıqda bir əlin daha çox işlədilməsi fərq yaradır. Bu, əzələ gücünə və koordinasiyaya təsir edir.
Hətta sümük quruluşu belə dəyişə bilər.
Alimlər bildirir ki, digər əl də passiv deyil.
O, tarazlıq və dəstək rolunu oynayır.
“Neyroplastiklik” prosesi də burada mühümdür.
Beyində yeni əlaqələr yarana bilir.
Bahar Babaşova, BakuPost