ABŞ-ın İran üzərində apardığı son əməliyyat nəticəsində Ali Lider Əli Xameneyi və onun ətrafında təxminən 40 yüksək səviyyəli rəsmisi öldürüldü.
Bakupost.az xəbər verir ki, hadisə sosial mediada və bir sıra beynəlxalq mənbələrdə geniş yer alıb.
Hər kəs bu sualları verir: Xameneyinin yeri necə müəyyən edildi? Xəyanətə uğradı, yoxsa süni intellekt vasitəsilə tapıldı?
Bunu izah etmək üçün bir nümunə verim.
2001-ci il, 11 sentyabrda Əkiz qüllələr vuruldu. ABŞ aylarla bu hadisəni araşdırdı. Araşdırmaların nəticəsində Mərkəzi Kəşfiyyat İdarəsi böyük bir problem kəşf etdi: Hücum edənlərin hamısı tanınan şəxslər idi. Onlardan birini MKİ birini izləyirdi, FTB (Federal Təhqiqat Bürosu) isə digərinin ünvanını bilirdi. Amma heç bir qurum bir-biri ilə ünsiyyəti yox idi.
MKİ bu səhvin bir daha təkrarlanmaması üçün hərəkətə keçdi. 2003-cü ildə Silikon Vadisində “Palantir” adlı bir şirkət quruldu.
“Palantir” nə edir?
Şirkət fərqli qurumlarda olan bütün məlumatları tək sistemdə birləşdirir. Telefon danışıqları, bank işləri, peyk görüntüləri, casus hesabatları – hamısı bir yerdə cəmlənir.
Amma əsl çətinlik məlumatları toplamaq yox, bunlar arasındakı əlaqələri tapmaqdır.
Bir telefon zəngi təkbaşına mənasızdır. Bir bank köçürməsi də həmçinin. Amma eyni şəxs hər çərşənbə axşamı eyni nömrəyə zəng edir, hər cümə günü eyni hesaba pul göndərirsə və hər bazar günü eyni ünvana gedirsə, orada bir əlaqə var.
Süni intellekt insanın həftələrlə davranışını izləyir. Harada yemək yeyir, kiminlə görüşür, hansı yollarla hərəkət edir – hamısını qeyd edir. Və bir gün bu rutindən kənara çıxdığında həyəcan siqnalı verir. Telefon bağlı olsa belə, vərdişlər iz buraxır.
Normalda “Palantir” proqramını istifadə edən analitiklər bu analizləri manual edirdi.
Sistem 20 il boyunca böyüdü və Pentaqonun əsas kəşfiyyat platformasına çevrildi.
2023-cü ildə “Palantir”ə “Claude” adlı süni intellekt inteqrasiyası edildi.
“Palantir” məlumatları toplayır. “Claude” bu məlumatı oxuyur, başa düşür və analiz edir. Fərqli dillərdəki ünsiyyətləri həll edir, minlərlə səhifə sənədi dəqiqələr içində araşdırır və “indi əməliyyat etsək nə olar?” sualına simulyasiya ilə cavab verir.
“Claude” süni intellekti yüzlərlə analitikin günlərlə edəcəyi işi dəqiqələr içində yerinə yetirir.
Süni intellektin ilk böyük sınağı Venesuelada oldu.
2026-cı ilin yanvarında ABŞ Venesuelaya əməliyyat başlatdı və Maduro və həyat yoldaşı saxlandı. “The Wall Street” əməliyyatda “Claude”dən istifadə edildiyini açıqladı. Süni intellekt Maduronun rutin hərəkətlərini izlədı, təhlükəsizlik boşluqlarını tapdı, zamanlamanı müəyyən etdi və sahədən gələn məlumatları anlıq işlədi.
İlk sınaq uğurla keçdi.
İki ay sonra daha böyük bir hədəf ortaya çıxdı – Xameneyi.
O, dünyanın ən qorunan liderlərindən biri idi. Hər gecə fərqli yerdə qalırdı. Telefon istifadə etmirdi. Rəqəmsal iz buraxmırdı.
Amma kəşfiyyatda bir anlayış var – rəqəmsal egzoz. Sən iz buraxmasan da, ətrafındakılar buraxır.
Xameneyi telefon istifadə etmirdi, amma cangüdənləri istifadə edirdi. O görünmürdü, amma karteci peykdən görünürdü. Toplantılarını gizli saxlayırdı, amma öncədən sifariş olunan yeməklər, təhlükəsizlik tədbirləri və nəqliyyat hərəkətləri gizli qalmırdı.
MKİ aylardır bu izləri “Palantir” ilə toplayırdı. Sistem aylarla məlumat yığıb bir analiz çıxardı və Xameneyinin istifadə etdiyi sığınacağın yerini müəyyən etdi.
Dünən (fevralın 28-i) səhər son parçalar yerinə oturdu. Xameneyi həmin gün sığınacaqda yüksək səviyyəli təhlükəsizlik toplantısı keçirirdi.
Səhər saat 09:40-da Xameneyi, baş qərargah rəisi, müdafiə naziri və təxminən 40 İran rəsmisi əməliyyatda öldürüldü.
İndi süni intellektin zaman xəttinə baxın:
2022-də mətn yazırdı.
2023-də sənəd xülasələyirdi.
2024-də məlumat analiz edirdi.
2025-də problem həll edirdi.
2026-da bir dövlət başçısını həbs etdirdi, digərini öldürtdü.
Dörd il əvvəl mətn yazırdı, bu gün müharibəni qazandırır.
Dörd il sonra nə edəcək? Analiz etməyə davam edəcək, yoxsa öz qərarını verəcək?
ABŞ İran müharibəsi ilə bizə taktika öyrətmədi. Texnologiya dərsi verdi.
Cavid, BakuPost