Ru
20:44 / 02 Oktyabr 2025

İran hücum potensialını 10 dəfə artırıb - Necat

İran hücum potensialını 10 dəfə artırıb - Necat
Eye

İranın Silahlı Qüvvələri İsraillə 12 günlük müharibədən sonra öz hücum potensialını 10 dəfə artırıb.

Bakupost.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Necat bəyan edib.

"Əgər birdən sionist rejimi yenidən eyni səhvi etsə, bizim hücum imkanlarımız artıq 12 günlük müharibə zamanından 10 dəfə daha çoxdur", - deyə Hüseyn Necat bildirib.

Onun sözlərinə görə, İran, həmçinin əvvəlki münaqişə zamanı aşkar edilmiş bütün müdafiə çatışmazlıqlarını aradan qaldırıb.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab hücumu həyata keçirib. ABŞ iyunun 22-də münaqişəyə qoşularaq İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbə endirib. Növbəti gün İran Qətərdəki Yaxın Şərqin ən böyük ABŞ hərbi hava bazası olan Əl-Üdeydə hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəs rejiminin qurulmasına razılaşıblar. Bu qərar iyunun 24-də qüvvəyə minib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar