Ru
19:20 / 08 Aprel 2026

İran İsrailin atəşkəsi pozduğunu açıqladı

İran İsrailin atəşkəsi pozduğunu açıqladı
Eye

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Pakistan ordusunun komandanı Asim Munir arasında telefon danışığı olub.

Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz İsrailin İran və Livanda atəşkəs rejimini pozmasını müzakirə etdik”, - nazirliyin bəyanatında deyilir.

İran XİN həmçinin bildirib ki, tərəflər gələcək koordinasiyanın vacibliyini qeyd ediblər.

Xatırladaq ki, gecə saatlarında ABŞ və İran arasında 2 həftəlik atəşkəs elan edilib. İsrail tərəfi də bu atəşkəsə razılıq verib. İki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayan ABŞ Prezidenti Donald Tramp İrandan 10 bəndlik təklif aldıqlarını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar