Aprelin 8-də Lori bölgəsində ölümcül qəza baş verib. Təxminən saat 16:30 radələrində Böyük Qarakilsə (Vanadzor)-Hamamlı (Spitak) yolunun 10-cu kilometrliyində VAZ 21014 və DAF toqquşub.
Bakupost.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, iki nəfər hadisə yerində ölüb, iki nəfər isə yaralanıb.
Hadisə yerinə toplaşan bir neçə nəfər ölənlərin Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri olduğunu bildirib və bu səbəbdən Müdafiə Nazirliyinin təcili yardım maşını kimi istifadə etdiyi UAZ avtomobilləri cəsədləri daşımaq üçün hadisə yerinə gəlib.
Asena,
BakuPost