İran tükənməz potensiala malik “Hörmüz boğazı” adlı “nüvə silahını” sınaqdan keçirdi.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media platforması X-də bildirib.
Medvedyev vurğulayıb ki, Vaşinqton və Tehran arasında atəşkəsin necə inkişaf edəcəyi ilə bağlı heç bir aydınlıq yoxdur:
“Amma bir şey dəqiqdir: İran nüvə silahını sınaqdan keçirdi. Bu, “Hörmüz boğazı” adlanır”.
Qeyd edək ki, ABŞ və İran bu gün iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Asena,
BakuPost
Bunun nəsə deməyinin nə mənası var.