Ru
23:05 / 08 Aprel 2026

Atəşkəs pozuldu: Bu şəhərlərə zərbələr endirilir - KİV

Atəşkəs pozuldu: Bu şəhərlərə zərbələr endirilir - KİV
Eye

İranın paytaxtı Tehrana hava hücumu həyata keçirilir.

Bakupost.az xəbər verir ki, bu barədə “Nournyus” nəşri məlumat yayıb.

Məlumata görə, Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hücumundan müdafiə sistemlərinin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilir. Sistemin işə düşməsinin səbəbi açıqlanmayıb.

“Mehr” agentliyi də 12 saatlıq atəşkəs rejiminin pozulduğunu, Tehran və Kərəcə hava zərbələri endirildiyini bildirib.

Bundan əlavə, İsfahan və Əhvaz üzərində də qırıcı təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar