Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı baş tutub.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı İranda atəşkəsin əldə olunması və regiondakı son hadisələr müzakirə edilib.