Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının xarici işlər naziri Kaya Kallasın Rusiyanın son 100 ildə 19-dan çox ölkəyə hücum etdiyi barədə iddiasını lağa qoyub.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Zaxarova avropalı diplomatın sözlərinə cavab olaraq belə deyib: "Əlbəttə ki, o, heç bir konkret nümunə gətirmədi. Hətta səhv etmədən 19 ölkənin adını yaddaşından çəkə biləcəyinə də əmin deyiləm".
Xatırladaq ki, K.Kallas daha əvvəl Rusiyanın son 100 ildə Afrika dövlətlərini saymadan 19 ölkəyə hücum etdiyini bildirmişdi. Üstəlik, o, qeyd edib ki, Rusiya bəzi ölkələrə üç-dörd dəfə hücum edib. Kallas bu ölkələrin heç birinin Rusiyaya hücum etmədiyini də paylaşıb, ancaq o, hansı ölkələrdən bəhs etdiyini dəqiqləşdirməyib.
Avropa diplomatiyasının rəhbəri ilk dəfə Rusiyanın 19 ölkəyə "hücum etməsi" barədə 2025-ci ilin noyabr ayında danışıb. Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova onu səriştəsiz olmaqda günahlandırmışdı.