İranda İsrailin ən mühüm casuslarından biri hesab edilən Bəhmən Çubi-Asl edam olunub.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın “Mizan” məhkəmə nəşrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tehran son illərdə İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirləndirilən bir sıra şəxsləri ölüm cəzasına məhkum edib.
Məlumata görə, Çubi-Asl Mossad tərəfindən hökumət məlumat bazalarının ələ keçirilməsi, informasiya mərkəzlərinin fəaliyyətinin pozulması və əlavə olaraq elektron avadanlıqların idxal marşrutlarının öyrənilməsi kimi məqsədlərlə əməkdaşlığa cəlb olunub.
O, çıxarılan hökmə etiraz edərək apellyasiya şikayəti verib. Lakin İranın Ali Məhkəməsi şikayəti təmin etməyib və “rüşvətxorluq” ittihamı ilə ölüm hökmünü qüvvədə saxlayıb.