Ru
11:05 / 29 Sentyabr 2025

Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Eye

Sentyabrın 29-da saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı və Şəkidə (Kişçay) 3, Qəbələ, Cəlilabad və Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay və Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar