Rusiyanın pilotsuz uçuş aparatları sərhədi pozarsa, dərhal onları vurmaq əmrini verməyəcəyəm.
Bakupost.az xəbər verir ki, bunu Finlandiya Prezidenti CNN telekanalına müsahibəsində deyib.
O bildirib ki, belə vəziyyətlərdə soyuqqanlı qalmaq və “həddi aşmamaq” vacibdir:
“Əvvəlcə yoxlama, sonra xəbərdarlıq və yalnız bundan sonra Hərbi Hava Qüvvələrinin qərarı olmalıdır”
Lavrovun “NATO və Aİ-nin Rusiyaya qarşı müharibəsi” ilə bağlı fikirlərini şərh edən Stubb vurğulayıb:
“Biz Rusiya ilə müharibə aparmırıq”.
Bakupost.az