Neftçalada sürücülük vəsiqəsi olmayan sürücü qəzada öldü.
Bakupost.az xəbər verir ki, sentyabrın 27-si saat 23:30 radələrində 46 yaşlı Ərziman Fərəcov sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında olan daş lövhə ilə toqquşub.
Nəticədə o, aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Neftçala RPŞ-nin İB-də 28.09.2025-ci il tarixdə CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılır.