Hazırda “Gülüstan sarayında” Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toy mərasimi keçirilir.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, Zeynəb Xanlarovanın adını daşıyan 25 yaşlı nəvəsi Zeynəb bu gün ailə qurur.
Toy mərasimində Azərbaycan mədəniyyətinin və siyasi sferasının nüfuzlu simaları iştirak edir.
Mərasimin açılışı tanınmış qiraətçi Xəzər Süleymanlı və Zeynəb Xanlarovanın ifası ilə baş tutub.
Toyu müğənni Xəyyam Nisanov idarə edir.
OLAY yazır ki, təşkilatçılığı Seva Sultanın etdiyi gecənin aparıcısı isə Leyla Quliyevadır.