İran İsrailin hücumuna qarşı hazırlıqlıdır.
Bakupost.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani jurnalistin İsrailin İrana hücum ehtimalı ilə bağlı sualına cavabında deyib.
"Biz bütün vəziyyətlərə hazırıq, amma israillilərin ağılsız hərəkət edəcəyini düşünmürəm. Lakin İrana hücum etsələr, biz qətiyyətlə cavab verəcəyik", - o bildirib.