Ru
10:32 / 29 Sentyabr 2025

Tramp icazə verdi: Rusiya ağır raketlərlə vurulacaq

Tramp icazə verdi: Rusiya ağır raketlərlə vurulacaq
Eye

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır.

Bakupost.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına açıqlamasında bildirib.

Kelloqun sözlərinə görə, prezidentin, vitse-prezident Ceyms Vensin və dövlət katibi Marko Rubionun açıqlamalarını nəzərə alsaq, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə Tramp administrasiyasının razılıq verdiyini demək olar.

O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”, - deyə Trampın nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməyib. Lakin ABŞ lideri hələlik bu istiqamətdə birbaşa öhdəlik götürməkdən yayınmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar