Ru
09:46 / 29 Sentyabr 2025

Rusiya daha bir ölkəyə hücum edəcək - Diplomat

Rusiya daha bir ölkəyə hücum edəcək - Diplomat
Eye

Rusiyanın Avropadakı təxribatları NATO hava məkanına uçan PUA və təyyarələrlə məhdudlaşmayacaq. Gec-tez Kreml hansısa quru əməliyyatı həyata keçirməyə çalışacaq.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.

O bildirib ki, hücumun ən çox ehtimal olunan hədəfi Litva olacaq.

Onun sözlərinə görə, Avropa ölkələri hələ də sülh şəraitində mövcudluq paradiqmasından uzaqlaşmayıb və hərbi protokollar bunu tələb etsə də, öz hava məkanında Rusiya PUA və təyyarələrini vurmağa qorxur.

Çalıy əmindir ki, bu, ruslar yeni eskalasiya səviyyəsinə keçənə qədər davam edəcək.

Diplomat vurğulayıb ki, Rusiyanın NATO ölkələrinə məhdud qurudan müdaxiləsi ssenarisinə əslində çox böyük ehtimal var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar