İran ABŞ ilə istənilən müvəqqəti atəşkəs razılaşmasını rədd edir, çünki bu, müharibənin yenidən başlamasına səbəb olacaq.
Bakupost.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“Biz müvəqqəti atəşkəsi qəbul etmirik. Çünki bu, diplomatik resursları tükəndirən və sonra müharibəyə qayıdışa səbəb olan pis dövrədir. Buna son qoyulmalıdır”, - o bildirib.
Xətibzadə əlavə edib ki, vasitəçilər vasitəsilə davam edən danışıqlar məhz bu məqsədlə - daimi həll yolu tapmaq üçün həyata keçirilir.