İran Prezidenti Məsud Pezeşkian ABŞ-la razılığa gəlməyin yeganə şərtini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Pezeşkian bildirib ki, ABŞ beynəlxalq normalara riayət edər və Tehranın “qırmızı xətləri”ni nəzərə alarsa, İran ədalətli razılaşmaya hazırdır.
“Bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır. Əgər bu prinsiplər qorunarsa, razılıq mümkündür”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, İran regionda sülh və davamlı təhlükəsizliyin təmin olunmasına yönəlmiş balanslı və qarşılıqlı hörmətə əsaslanan razılaşma əldə etmək niyyətindədir.
Qəribədir.Möhtərəm Pezeşkiyan,İran xalğının hansı milli marağından və hüquqlarından danışır görəsən? Milli marağları və hüquqları namınə nümayişə çıxıb, haqqını tələb edən ,qanına qəltan olan,edam edilən 30000 xaldanmı danışır yoxsa?
Əhsən
İranın qırmızı xətti, ağıllarına gələn sərsəmələri dünyaya qəbul etdirmə.
Hörmətli Prezident Pezeşkian dünyada Ədalət olsaydı insanlar vəhşiləri əlində aciz qalmazdı.Siz kimi ədalətə çağırırsınız,Tramp pula satılan əxlaqsız bir insan obrazında şeytandır.