Ru
15:43 / 11 Mart 2026

İran raketində diqqət çəkən mesaj – “Epşteyn qurbanlarının xatirəsinə”

İran raketində diqqət çəkən mesaj – “Epşteyn qurbanlarının xatirəsinə”
Eye

İranın “Press TV” telekanalı ABŞ və İsrail mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulduğu bildirilən SEPAH raketinin fotosunu yayımlayıb.

BakuPost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadən xəbər verir ki, paylaşılan görüntüdə raketin üzərində diqqət çəkən yazı yer alıb. Yazının qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynin fəaliyyəti nəticəsində həlak olan şəxslərin xatirəsinə həsr olunduğu qeyd edilib. Mesajda “Epşteyn adası qurbanlarının xatirəsinə!” sözləri yazılıb.

Qeyd edək ki, Cefri Epşteyn ABŞ-də cinsi istismar və pedofiliya şəbəkəsi yaratmaq ittihamları ilə həbs edilmişdi. O, 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Sonradan bu işlə bağlı geniş araşdırmalar aparılıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar