Ru
13:38 / 09 Aprel 2026

İran təkliflərini ChatGPT-yə yazdırmışdı, Kuşner cırıb atdı - Vens

İran təkliflərini ChatGPT-yə yazdırmışdı, Kuşner cırıb atdı - Vens
Eye

İranın ABŞ-yə təqdim etdiyi 10 bəndlik təklifin 3 variantı olub.


Bakupost.az Savashmedia.az-a istonadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.


O bildirib ki, təklifin ilkin variantı süni intellektlə yazılıb:


“Təklifin ilk variantı maksimalist idi. Böyük ehtimalla “ChatGPT” vasitəsilə hazırlanmışdı. Sənəd Stiv Uitkoff və Cared Kuşnerə təqdim edilən kimi zibil qutusuna atılıb və rədd edilib”.


Vens sənədin ikinci variantını daha məqbul adlandırıb, sosial şəbəkədə yayılmış üçüncü variantın isə birincidən də betər olduğunu bildirib:


“İkinci variant daha ağlabatan idi. ABŞ Prezidenti Donald Tramp ötən gün “Truth Social” sosial şəbəkəsində yazdığı ststuslarda məhz ikinci varianta istinad etmişdi. Təkliflərin üçüncü variantından isə sosial şəbəkələrdəki paylaşımlar vasitəsilə xəbərdar olmuşam. Üçüncü variant birincidən də maksimalist idi”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar