Ru
11:19 / 03 May 2021

İran və Rusiyanın Qarabağda qanunsuz əməlləri: Hansı haqla buna göz yumulur? - VİDEO

2083
Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

Hələlik bilinmir ki, İranda kimlər və hansı haqla Qarabağda yaşayan ermənilərə kömək edirlər və niyə Rusiyanın sülhü qoruyan qüvvələri bu malları maneəsiz buraxırlar?


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər