Ru
16:17 / 05 Sentyabr 2025

İran XİN açıqladı: İsraillə müharibə olacaq

İran XİN açıqladı: İsraillə müharibə olacaq
Eye

“Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İran ilə İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır”.

Bakupost.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

O əlavə edib ki, İrana qarşı aparılan müharibə, xüsusən də nüvə məsələsində vəziyyəti dəyişdirib.

Xətibzadə, İsraillə 12 günlük müharibənin gedişindən danışaraq bildirib ki, toqquşmanın əvvəlində komandirlərin öldürülməsi səbəbindən təhlükəsizlik problemi yaranmışdı, lakin bir saatdan sonra vəziyyətə nəzarət bərpa edilib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar