Ru
13:00 / 01 Mart 2026

İran Yaxın Şərq ölkələrinə hücum etmir, ABŞ bazalarını hədəf alır - Laricani

İran Yaxın Şərq ölkələrinə hücum etmir, ABŞ bazalarını hədəf alır - Laricani
Eye

"İran Yaxın Şərq ölkələrinə hücum etmir, silahlı qüvvələrimiz regiondakı ABŞ bazalarını hədəf alırlar".

Bakupost.az xəbər verir ki, bunu İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.

"Region ölkələrində yerləşən ABŞ bazaları həmin ölkələrin ərazisi deyil, Birləşmiş Ştatların ərazisidir. Biz region dövlətlərinin rəhbərləri ilə əlaqə saxlamışıq və onlara İranın müharibəyə can atmadığını və onlara hücum etmədiyini bildirmişik.

İran regionda ABŞ bazalarına zərbələr endirməyə məcburdur, çünki Vaşinqton İrana zərbələr endirir. Bizim silahlı qüvvələrimiz bu hücumları davam etdirəcək", - deyə Laricani vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar