İranın dini lideri Əli Xameneinin ölümündən sonra Pakistanda etirazçılar ABŞ-ın Karaçidəki konsulluğuna hücum ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, Karaçidə İrana qarşı son hərbi hücumlardan qəzəblənən bir qrup etirazçı ABŞ konsulluğunun pəncərələrini sındırıblar.
Şəhərdə ABŞ konsulluğunun qarşısında baş verən atışma nəticəsində ən azı 10 nəfər həlak olub.
Qeyd edək ki, İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin İsrail və ABŞ-ın endirdiyi zərbələr nəticəsində öldüyünü təsdiqləyib və 40 günlük matəm elan edib.