Ru
13:34 / 01 Mart 2026

“Kölgə donanması” tankeri ələ keçirildi – Rusiya gəmisi öldürülən iranlı rəsmiyə bağlı idi

“Kölgə donanması” tankeri ələ keçirildi – Rusiya gəmisi öldürülən iranlı rəsmiyə bağlı idi
Eye

Bu gecə Belçika Fransayla birlikdə Rusiyanın kölgə donanmasına aid bir tankeri ələ keçirib.

Bakupost.az xəbər verir ki, bunu Belçika Müdafiə Naziri Teo Franken sosial media platforması “X”də açıqlayıb:

“Putuin kölgə donanması olmadan günahsız ukraynalılara qarşı müharibə apara bilməz. Ona görə də aqressiv müharibəsi bitənə qədər biz bu gəmiləri bir-bir məhv edirik. Belçika bəlkə ki, kiçik bir ölkədir, amma biz NATO və Avropa İttifaqının qurucularındanıq və məsuliyyətimizi ciddi qəbul edirik”

Tutulan gəmi Zebrügge limanına gətirilib. Belçika mediası RTBF-in məlumatına görə, tanker “Ethera” adı ilə, Qvineya bayrağı altında üzürdü.

Gəmi “Fraktal Marin” adlı sanksiyalara məruz qalmış şirkət ilə əlaqəlidir. Bu şirkət Rusiyanın “kölgə donanmasının” əsas operatorlarından biri hesab olunur. Açıq mənbələrə görə, tanker dünən gecə öldürülən Əli Şamxaniyə məxsus şəxsi donanma şəbəkəsinə bağlıdır. Bu donanma İran və Rusiya nefti və neft məhsullarını daşımada istifadə edilir.

Qeyd olunur ki, tanker artıq ABŞ, Avropa İttifaqı, Kanada, İsveçrə, Böyük Britaniya və Ukrayna tərəfindən sanksiyalara məruz qalıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar