Ru
23:05 / 05 Yanvar 2026

İranda aksiyalar panika yaratdı - Xamenei təcili məxfi iclas çağırdı

İranda aksiyalar panika yaratdı - Xamenei təcili məxfi iclas çağırdı
Eye

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə barədə açıqlamasından sonra, 2 yanvar tarixində İranın Ali Milli Təhlükəsizlik Şurası gecə saatlarında təcili iclas keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (The New York Times) qəzeti mənbələrə istinadla yazıb.

Bildirilib ki, iclasın əsas mövzusu kütləvi iğtişaşların qarşısını almaq üçün etirazların minimum zorakılıqla qarşısının alınması olub. Mümkün hərbi hücumların ssenariləri də müzakirə edilib.

Mənbələrə görə, davam edən etirazlar fonunda yüksək vəzifəli hökumət rəsmiləri qapalı müzakirələrdə İslam Respublikasının yaşam mücadiləsi apardığını etiraf ediblər. Qeyd olunub ki, hakimiyyətin həm sosial gərginliyi artıran iqtisadi böhrana, həm də İsrail və ABŞ ilə münaqişənin şiddətlənməsi təhlükəsinə cavab vermək üçün məhdud vasitələri var.

Həmçinin vurğulanıb ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian vəziyyətin pisləşəcəyi təqdirdə mümkün addımları müzakirə etmək üçün ötən həftə İqtisadi Məsləhət Komitəsi ilə iki təcili görüş keçirib.

Qeyd edək ki, İranda ümumölkə etirazları demək olar ki, bütün ölkəyə yayılaraq 78 şəhərdə baş verib. Bu etirazlarda ölənlərin sayı da artmaqdadır: son məlumatlara görə, yaralananların sayı 50-ni keçib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar