Aprelin 22-i Kermanşah, Zəncan və Kaşan həbsxanalarında "qəsdən adam öldürmə"də təqsirli bilinən ən azı beş məhbus edam edilib.
Bakupost.az Teleqram kanallarına istinadla xəbər verir ki, bu barədə insan haqları mənbələri məlumat yayıb.
Qeyd olunur ki, İran və ABŞ arasında mümkün danışıqlar və atəşkəs məsələləri ilə bağlı davam edən müzakirələr fonunda ölkədə ölüm hökmünün tətbiqi praktikası dəyişməz olaraq qalır.
Edamlar İranda gərgin şəraitdə baş tutub.