Ru
09:26 / 13 Yanvar 2026

İranda qanlı repressiyalar – Yüzlərlə ölü arasında uşaqlar da var

İranda qanlı repressiyalar – Yüzlərlə ölü arasında uşaqlar da var
Eye

İranda davam edən kütləvi etiraz aksiyalarında ölənlərin sayı 646 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, artıq 17-ci gündür davam edən etirazlar səngimir və ölkədə vəziyyət getdikcə daha da gərginləşir.

İnsan haqları üzrə HRANA təşkilatının yaydığı məlumata görə, ölənlərin 505-i etirazçıdır. Həlak olanlar arasında doqquz uşaq da var. Toqquşmalar zamanı 133 hərbçi və polisin öldüyü bildirilir. Bundan əlavə, daha 579 ölüm hadisəsi hazırda araşdırma mərhələsindədir.

Məlumata əsasən, İran artıq 100 saatdan çoxdur ki, tamamailə internet və rabitə blokadasındadır. Kütləvi həbslər davam edir və indiyədək saxlanılanların sayı 10.700 nəfəri ötüb.

Gərginlik fonunda Avropa ölkələri Tehrandakı səfirliklərindən əməkdaşların mərhələli şəkildə təxliyəsinə başlayıb.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar