İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb.
Bakupost.az xəbər verir ki, bu barədə Əbu-Dabi hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb", - məlumatda qeyd edilib.