İranın xarici işlər naziri Abbas Arakçı ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığı barədə açıqlama verərək, bunun yeni bir şey olmadığını qeyd edib.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
“Əməkdaşlıq keçmişdə də olub və davam edəcək. Rusiya bizə bir çox fərqli sahələrdə kömək edir”, - deyə nazir əlavə edib.
Nazir Rusiya kəşfiyyatının İrana Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin aşkar edilməsi barədə kömək etməsi ilə bağlı açıqlama verməyib.