Ru
12:14 / 19 Aprel 2024

İrandan gələn narkotik dolu qayıq... - Neftçalada geniş əməliyyat keçirildi

İrandan gələn narkotik dolu qayıq... - Neftçalada geniş əməliyyat keçirildi
Eye

İrandan gələn narkotik yüklü qayıq Xəzər dənizinin Neftçala sahillərində saxlanılıb.

Bu barədə Bakupost.az -a Neftçala sakinləri bildiriblər.

Onların dediyinə görə, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları dəniz sərhədlərinin mühafizəsi və narkotik qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində dünən geniş əməliyyat keçiriblər.
Əməliyyat zamanı İrandan gələn və Neftçala istiqamətindən Azərbaycanın ərazi sularına daxil olan qayıq saxlanılıb. Qayığın içində külli miqdarda narkotik maddələr aşkar olunub.

Qayığın heyəti həbs olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar Nefçalada bir neçə analoji əməliyyat keçirilib.


Elnur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar