Ru
16:14 / 03 Oktyabr 2025

İrandan gətirilən 2 ton sarıkök MƏHV EDİLDİ

İrandan gətirilən 2 ton sarıkök MƏHV EDİLDİ
Eye

İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar