İranda avtobusun aşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qəza zamanı 34 nəfər də yaralanıb.
***
15:23
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib.
M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.