Ru
17:22 / 18 Fevral 2026

İrəvanda silahlı insident – Azı 6 nəfər yaralanıb – VİDEO

İrəvanda silahlı insident – Azı 6 nəfər yaralanıb – VİDEO
Eye

Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.

Bakupost.az erməni jurnalist Qaqik Şamşyana istinadən xəbər verir ki, atəş səsləri şəhərin Açapnyak rayonunda eşidilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ən azı 6 nəfər yaralanıb, zərərçəkənlərin sayının arta biləcəyi istisna olunmur.

Ermənistan Daxili İşlər Nazirliyi insidenti təsdiqləyib. Nazirlikdən bildirilib ki, hazırda hadisə ilə bağlı operativ-axtarış tədbirləri həyata keçirilir. Atışmanın səbəbləri, iştirak edən şəxslər və yaralıların vəziyyəti barədə əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

Erməni media resursları və yerli mənbələr hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, hüquq-mühafizə orqanlarının əraziyə cəlb olunduğunu yazır.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar