Ru
14:33 / 20 Dekabr 2025

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu – İçində məşhur hotel də var

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu – İçində məşhur hotel də var
Eye

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Sözügedən üçmərtəbəli hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar