Ru
15:31 / 20 Dekabr 2025

Gəncədən qalxdıqdan sonra qəzaya uğrayan hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

Gəncədən qalxdıqdan sonra qəzaya uğrayan hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Eye

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur".

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib.

Yaşar Gülər ​​Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:

"Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz 1964-cü ildən "C-130"lardan istifadə etməyə başlamışıq. O vaxtdan bəri belə bir qəza baş verməmişdi. "C-130"lar hazırda hələ də dünyanın düz 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur. Bu qəzadan sonra bütün "C-130" təyyarələrimizin hamısında yoxlamalar gücləndirilib. Bu yoxlamanı başa vurduqdan sonra təyyarələrimizdən istifadə etməyə davam edəcəyik".

"Qəzaya uğramış təyyarəmizin qara qutusu hələ də TUSAŞ-da (Türk Aerokosmik Sənayesi) araşdırılmağa davam edir. Qəza araşdırma qrupumuz da işlərini davam etdirir. Hələ ki, tamamlanmayıb. Təyyarəmizin qəza səbəbi ilə bağlı nəticə nə olursa olsun, bunu şəffaf şəkildə izahlı formada açıqlayacağıq", - deyə Gülər əlavə edib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə qayıdan C-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə 20 hərbçi həlak olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar