Ru
16:35 / 20 Dekabr 2025

Odessada limana raket zərbəsi: 8 ölü, 27 yaralı

Odessada limana raket zərbəsi: 8 ölü, 27 yaralı
Eye

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Odessa bölgəsində limana endirilən raket zərbəsi nəticəsində səkkiz nəfərin öldüyünü və 27 nəfərin yaralandığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, yaralıların bəziləri "atəşin episentrində" olan avtobusda olub. Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatlara münasibət bildirməyib. Müdafiə Nazirliyi dəfələrlə Rusiya ordusunun yalnız Ukrayna hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.

Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasından sonra Odessa Regional Hərbi Administrasiyasının rəisi Oleq Kiper bir qədər fərqli məlumat verib. O yeddi nəfərin həlak olduğunu, 25 nəfərin isə yaralandığını açıqlayıb. Kiper qeyd edib ki, təcili yardım xidmətləri hadisə yerində işləməyə davam edir.

Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba isə deyib ki, daimi risklərə baxmayaraq, liman işçiləri işləməyə davam edərək dəniz logistikasının davamlılığını təmin edirlər.

Rusiya qüvvələri Odessada "Yujnı" limanına zərbə endirib, çənlər zədələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar