Rusiyanın xalq artisti Rusiyanın xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, aktyor uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Lobotski “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.