Ru
15:45 / 20 Dekabr 2025

Bu səhvləri vətəndaşa izah etmək olmaz... – DİM sədri

Bu səhvləri vətəndaşa izah etmək olmaz... – DİM sədri
Eye

Yazı işlərinin ingilis dilində yoxlanılması prosesində süni intellektin nəticələri reallığa 80-90 faiz uyğun olur. Bütün dünyada bu belədir. Süni intellekti prosesdə üçüncü ekspert kimi istifadə etmək olar, amma hüquqi nəticə olan imtahanlarda bu faiz bizi qane edə bilməz.

Bakupost.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə məsələlərinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, bəzi işlərdə süni intellektdən istifadə edirlər:

“Məsələn, bizim çağrı mərkəzimiz saat altıya qədər fəaliyyət göstərir. Saat altıdan sonra biz çağrı mərkəzinə süni intellekt qoşa bilərik. Bu proqramlar bizdə var. Amma görürük ki, orada səhvlər meydana çıxır. Test rejimində bunu görmüşük. Amma bu səhvləri vətəndaşa izah etmək olmaz. Ona görə də, hüquqşünaslar deyirlər ki, hüquqi səviyyədə dəyişikliklər olmalıdır ki, süni intellektin istifadəsi təsdiqlənsin. Müəyyən bir strategiya formalaşmalıdır. Biz hökümət tərəfindən formalaşdırılmış strategiyaya əsasən üzərimizə düşəni edirik”..

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar