Ru
12:55 / 02 Oktyabr 2020

İş adamlarından ordumuza dəstək - FOTO

 İş adamlarından ordumuza dəstək  - FOTO
Eye


27 sentyabrda başlamış düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatına cəmiyyətindən böyük dəstək gəlməkdə davam edir.

Dünən orduya “Azəriş LTD”, “İlçin-İ”, “Avrora”, “Kral Kolbasa”, “SAB”, “Food Tradü”, “Koroğlu”, “Caspian Catering Suppilier” və başqa şirkətlər Füzuli və Beyləqanda yerləşən silahlı qüvvələrimizə 4 yük avtomobili ərzaq, qida məhsulları yardım aparıblar. Bu barədə BakuPost-a “Azəriş LTD”-nin rəhbəri Rəşid Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hər bir iş adamı indiki məqamda orduya dəstək göstərməlidir: “Azərbaycan Silahlı Qüvvələri dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Buna baxmayaraq, hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirib ordumuzun yanında olmalıyıq. Bütün imkanlı şəxsləri və özəl şirkətləri Ali Baş Komandanımızın ətrafında sız birləşməyə dəvət edir və bu şərəfli işdə ordumuza dəstək olmağa çağırıram”.

İş adamı vurğulayıb ki, Azərbaycanın Pakistanda və BƏƏ-də Fövqəladə və Səlahiyyətli səfiri işləmiş Daşqın Şikarov da əsgərlərimiz üçün öz şəxsi vəsaiti hesabına 1 yük avtomobili qida məsulları göndərib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar