Ru
19:44 / 27 Yanvar 2026

İşdən çıxarılan nazir müavini deputatın qohumu imiş - FOTO

İşdən çıxarılan nazir müavini deputatın qohumu imiş - FOTO
Eye

Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı müvafiq sərəncamlar imzalanıb. Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə təyin olunublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar