Ru
19:17 / 27 Yanvar 2026

Tramp onlara xəbərdarlıq etdi - “Nəzarəti itirə bilərik”

Tramp onlara xəbərdarlıq etdi - “Nəzarəti itirə bilərik”
Eye

Bu il keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqres üzərində nəzarəti itirə bilər.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp WABC radiosuna verdiyi müsahibədə danışıb.

O, ABŞ-nin siyasi tarixinə və statistik göstəricilərə istinad edərək, adətən, prezident seçkilərində qalib gələn partiyanın ara seçkilərdə məğlubiyyətlə üzləşdiyini etiraf edib. Prezident, həmçinin xəbərdarlıq edib ki, əgər Respublikaçılar Konqresdəki üstünlüklərini itirsələr, Demokratlar ona qarşı yenidən impiçment prosesinə başlamağa çalışacaqlar.

Xatırladaq ki, 3 noyabr 2026-cı il tarixinə planlaşdırılan ara seçkilər 120-ci ABŞ Konqresinin tərkibini müəyyən edəcək. Hazırda Respublikaçılar həm Senatda (53 yer), həm də Nümayəndələr Palatasında (218 yer) cüzi fərqlə çoxluğa sahibdirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar