Ru
20:02 / 27 Yanvar 2026

Papoyan açıqladı: Ermənistan ilə Azərbaycan arasında bu razılıq əldə olundu

Papoyan açıqladı: Ermənistan ilə Azərbaycan arasında bu razılıq əldə olundu
Eye

“Ermənistan ilə Azərbaycan arasında Azərbaycan ərazisi vasitəsilə maye qaz və bitumun dəmiryolu ilə daşınmasına dair razılıq əldə olunub”.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, erməni iş adamları artıq bu imkandan yararlana bilərlər.

Xatırladaq ki, son günlər Azərbaycandan Ermənistana göndərilən maye yanacaqlar bu ölkənin daxili bazarında öz təsirini göstərməyə başlayıb. Belə ki, ixrac olunan yanacaq məhsulları Ermənistanda benzin və dizelin qiymətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar