Ru
18:57 / 27 Yanvar 2026

"Ermənistan üzərindən 5-10 milyon dollar qazana bilərik" - İqtisadçı

"Ermənistan üzərindən 5-10 milyon dollar qazana bilərik" - İqtisadçı
Eye

Azərbaycan 2025-ci ildə Ermənistana avtomobil benzini və dizel yanacağı satmaqla 789 min dollar dəyərində ixrac həyata keçirib.

Ermənistan bazarının idxal qabiliyyətini nəzərə alsaq, Azərbaycan gələcəkdə Ermənistana ixracın həcmini hansı məbləğə qədər artıra bilər?

Bakupost.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bunun üçün əvvəlcə Ermənistanın nə qədər benzin aldığına və mövcud müqavilələrin kimlərlə bağlandığına baxmaq lazım olduğunu bildirib:

“Çünki bu sahədə konkret müqavilələr mövcuddur. Ola bilər ki, ölkə böyük həcmdə yanacaq alsın, amma müqavilə şərtlərinə əsasən müəyyən şirkətlərdən minimum miqdarda məhsul almaq öhdəliyi daşısın. Ermənistanın benzinə olan real tələbatı nə qədərdir, “premium” tələbat hansı səviyyədədir və hansı şirkətlərlə hansı həcmdə müqavilələr bağlanıb deyə araşdırmalar aparılmalıdır. Yanacaq təminatı ilə bağlı məsələlər sürətli və ani şəkildə həll olunan mövzular deyil. Bu, strateji sahədir və ölkələr benzin, neft, qaz, elektrik kimi enerji resursları üzrə uzunmüddətli müqavilələr bağlayırlar ki, sonradan problem yaranmasın”.

Ekspert mövcud rəqəmlərin ən azı 10-20 dəfə artırıla biləcəyini vurğulayıb:

"Hazırda səsləndirilən təxminən 1 milyon dollara yaxın rəqəm olduqca azdır. Real potensiala baxdıqda bu məbləği ən azı 5-10 milyon dollara qədər yüksəltmək mümkündür. İndiki göstəricilərlə müqayisədə ən azı 10-20 dəfə daha yüksək rəqəmlərdən danışmaq mümkündür. Bu isə yalnız ümumi qiymətləndirmədir və konkret qərarlar üçün ciddi analiz tələb olunur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar