Ru
12:15 / 29 Oktyabr 2025

"İşğaldan azad olunmuş ərazilər 12 milyard manatdan artıq dəyər yaradacaq"

"İşğaldan azad olunmuş ərazilər 12 milyard manatdan artıq dəyər yaradacaq"
Eye

“Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni təməlqoymalar ilə yanaşı, Ermənistanın 27 illik işğalı nəticəsində uzun illər öz ata-baba yurdundan didərgin düşmüş keçmiş məcburi köçkünlərə mənzillərin açarları da təqdim olundu”.

Bakupost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidən-qurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir:

“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Uzunluğu 140,6 km olan Horadiz–Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizinin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək.
Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir. Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək”.

Lalə, BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Müasir elektron sürətli texnoloji tərəqqi deyil, təbii təkamülün özü də zamanla daha yüksək dəyərlər gətirir! Növbəliliksiz, böyük-geniş qayıdış, təzminat maliyyəsi təkcə bərpa-quruculuq deyil, müvəqqəti olsa da, adambaşına xüsusi xərcləri digər ərazilərdən yüksək olacaq? Yarım milyonluq Qarabağ ailələrinin hər biri işğaldan öncə hər gün azı 5-10 təbii yumurta, 3-5 litr təravətli süd əldə edirdi. Dövlətimizin yüksək səylə hərtərəfli bərpa etdiyi əski 20%lik yeni Qarabağımız nədən, zəruri büdcə məhsullarının 15-30%ni doldurmasın? Dünyada öxşar yerli kapital qoyuluşundan sonrakı hər il, ya hansı qısa müddətə sərmayəni ödəmə səmərəsi ilə ölçülür. Kreml Ukrayna müharibəsini *özəl* şərti *kapitalist* qərbinə, NATOya qarşı bəyan edib və iri xərclərə gedir? Müharibənin özlərinə yaxınlaşdığını görən geniş *QƏRB* siyasəti müharibəyə girmir ki, özləri birbaşa, ehtiyatdan əlavə bircə dollar, funt, marka belə itirməsin! Ağ Ev Kiyevə tam və hələlik üstün nəticəsi olmayan yardımını Borca (əslində Silah qazancına) yazmadımı? Halbuki, elə ötən ilin sonunda İsrail və Yaxın Şərqi ətrafının hər birinə Arsenalından azı on milyard dollarlıq Hərbi Silah tədarük edib? Onların hamısı Nadir torpaq metalları, yanacaq enerji və gözlənilən digər zəruri məhsullar sabahkı real nəğdləşdirməyə hesablanıb! İrəvanın Aİna dönüşü də həmin qəbildəndir ki, Kremlin siyasəti *baş üstündə Hərbi dubinka* nağılıdısa, *Qərb*in missiyası, hərbi silahlandırması, yardımı hamısı real-operativ, nağd, ödənilə biləcək münasibətdədir!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar