İsmayıllıda ailə başçısı intihar etdi

  • 20 İyl 2019 10:51
  • 681 Baxış
İsmayıllıda ailə başçısı intihar etdi
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.




Hadisə İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Sədail Ramazan oğlu Şükürlü yaşadığı evin həyətindəki qarajda özünü kəndirlə asaraq intihar edib. Ailəli olan S. Şükürlünün özünə qəsd etməsinin səbəbi məlum deyil. Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

(APA)