Ru
16:24 / 04 Sentyabr 2024

İsmayıllıda əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İsmayıllıda əməliyyat  - Vəzifəli şəxslər saxlanıldı
Eye

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib.

Bakupost.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.


“Qafqazinfo”nun məlumatına görə, keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar